19 yaşlı qız ilanı görüncə öldü





Türkiyənin Aydınlı bölgəsində ilandan qorxub huşunu itirən 19 yaşlı Gülər Akbulut, müalicə altına alındığı xəstəxanada həyatını itirib. Türk mediasının verdiyi məlumata görə, keçən çərşənbə günü baş verən hadisədə, evinin qarşısında qoyun otaran Gülər Akbulut, otların arasından çıxan 2 metr böyüklüyündəki ilanı görüncə qorxudan huşunu itirib.

Ailəsi, Akbulutu avtomobillə xəstəxanaya çatdırıb. Burada müalicə altına alınan Gülər Akbulut bu səhər həyatını itirib. Akbulutun cənazəsi, məhəllə qəbiristanlığında torpağa tapşırılıb.