20 gündən bir ən azı 30 manat cərimələnə bilərsiniz - Yeni qaydadan xəbərdarsınız?
15:43 24.11.2019
Arxiv
534
Cərimələrin həyata keçirilməsinə icra nümayəndələri nəzarət edəcək.
Daşınmaz əmlakın icbari sığortası “İcbari Sığortalar haqqında” qanuna əsasən, 2011-ci ildən ölkədə həyata keçirilir. Ancaq fiziki şəxslərin əmlaklarının sığortasına ciddi nəzarət edilmədiyi üçün vətəndaşların bu məsələyə marağı çox aşağıdır. İnsanların əmlak sığortalarına qarşı bu münasibəti baş verən fövqəladə hadisələr zamanı öz sözünü deyir. Bunun da bariz nümunəsi bu ilin fevral və mart aylarında baş verən zəlzələ və yanğın hadisələrində özünü büruzə verdi. Bəs görək, gələn ildən fiziki şəxslərin də daşınmaz əmlaklarının sığorta olunmasına nəzarət güclənəcəkmi? Evini sığorta etdirməyən şxəsləri nə qədər cərimə gözləyir?
Mövzu barədə sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov Lent.az -a danışıb. Ekspert gələn ilin yanvarından etibarən bu sahəyə nəzarətin güclənəcəyini və cərimələrin tətbiq olunacağını bildirib:
“Bu ilin fevralında baş verən zəlzələ və martda Bakıda olan yanğın daşınmaz əmlakın icbari sığortasında olan problemləri üzə çıxardı. Xüsusən Bakıda baş verən yanğından sonra Prezident tapşırıq verdi ki, sığorta sahəsində olan problemlər aradan qaldırılsın. May ayında isə 2019-2021-ci illər sığortanın inkişafı üçün plan hazırlandı. Planın tərkib hissələrindən biri fiziki şəxslərin daşınmaz əmlaklarının sığorta edilməsinə nəzarətin gücləndirilməsi oldu. Bununla da qərara alındı ki, 2020-ci ildən etibarən daşınmaz əmlakını sığorta etdirməyən fiziki şəxslər İnzibati Xətalar məcəlləsinə əsasən, 30 manat cərimələnəcəklər. Avtomobilin icbari sığortasına DYP nəzarət etdiyi kimi, daşınmaz əmlakın da sığortasına yerli icra hakimiyyəti nümayəndəlikləri nəzarət edəcəklər. Sığorta edilməyən şəxslər hər 20 gündən bir 30 manat cərimə olunacaqlar”.
İlkin İbrahimov yalnız sənədsiz evlərdə sığorta probleminin qaldığını, lakin bu məsələyə də ölkə rəhbərliyi səviyyəsində baxıldığını qeyd edib:
“İcbari sığorta dövlət reyestrindən çıxarışı olan evlərə aiddir. Qeyri-yaşayış sahələrinin sığortası ilə bağlı məsələ tam həyata keçirilib. Fövqəladə Hallar Nazirliyi bu vəzifəni layiqincə yerinə yetirir. Lakin dövlət sərt qayda qoymadığı üçün yaşayış sahələrinin icbari sığorta məsələsi ləngiyib. Ancaq sənədsiz evlərin icbari sığortası ilə bağlı problemlər hələ də qalmaqdadır. Yeni tikililərlə bağlı məsələ həllini tapıb. Yeni tikililərin müqavilə məsələsi sənədsiz olmaları anlamına gəlmir. Çünki bu binaların “kupça”sı olduğu üçün həmin evlər sənədsiz sayılmır. Buna görə də, onların sığorta məsələsində heç bir problem olmur. Daşınmaz əmlak sığortasında yalnız sənədsiz evlər qaranlıq qalır. Buna da ölkə rəhbərliyi səviyyəsində baxılır, yəqin ki, 2020-ci ildə bu məsələ də öz həllini tapacaq”.
Qeyd edək ki, Bakı şəhərində daşınmaz əmlakın icbari sığortası 50 manat, Gəncə, Sumqayıt və Naxçında isə 40 manat, digər şəhər və rayonlarda isə 30 manatdır. Həmçinin Bakı şəhərində daşınmaz əmlak sığortası üçün ən yüksək təminat məbləği 25 min manat, Gəncə Sumqayıt və Naxçıvanda 20 min manat, yerdə qalan şəhər və rayonlarda isə 15 min manat təşkil edir. İndiyə qədər FHN-nin ciddi nəzarəti olduğu üçün hüquqi və vəzifəli şəxslər cərimələnirdi. Ötən yanvar ayına qədər vəzifəli şxəslər 50 manat, hüquqi şəxslər isə 100 manat cərimə edilirdilər. 2019-cu ilin yanvarından etibarən isə vəzifəli şəxslərin cəriməsi 80, hüquqi şəxslərin cərimə isə 200 manata qaldırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniyadan Qəzzaya mesaj: “Sizi eşidirik, haqlı idiniz”
21:18 29.09.2026
Dünya
9 bələdiyyə sədri AKP-yə keçdi - Ərdoğan nişanlarını taxdı
21:03 29.09.2026
Gündəm
Digər stansiyalarda da pulsuz gediş tətbiq oluna bilər
20:58 29.09.2026
İnfrastruktur
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
20:50 29.09.2026
Hadisə
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region