“20 Yanvar” dairəsində quraşdırılan işıqfor tıxac yaradır
12:18 08.02.2017
Arxiv
867
"20 Yanvar” dairəsində mütəmadi müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması üçün işıqforlar quraşdırılıb.
Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən hazırlanan təkliflər artıq reallaşdırılıb. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi "20 Yanvar” dairəsində müəyyən edilmiş yerlərə işıqforların qoyulmasını təmin edib.
"20 Yanvar” dairəsinin Bakının yol infrastrukturunda ən mürəkkəb və qarışıq nöqtələrdən biri olduğunu deyən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə mütəxəssis Elməddin Muradlının sözlərinə görə, hansısa sürücü yol-hərəkəti qaydalarını pozmasa, axşama kimi oturub gözləyə ki, bunun yolu açılsın:
"Düzdür, "20 Yanvar” dairəsində müəyyən edilmiş yerlərə işıqforların qoyulması müvəqqəti olaraq sürücülərin hərəkətində çətinlik yaradacaq. Bu da təbiidir. Çünki günün pik saatlarında həmin yolda sıxlıq müşahidə olunur. Amma istənilən halda bir sınaq olaraq təqdirəlayiqdir. Bir şərtlə ki, "20 Yanvar” dairəsində müəyyən edilmiş yerlərə işıqforları qoyan qurum sonrakı mərhələdə ciddi nəzarət etməlidir. Yollardakı hərəkəti daimi olaraq müşahidə altında saxlamalıdırlar ki, daha çox sıxlıq yaranan yollarda hərəkəti tənzimləyə bilsinlər. Yoxsa ki, işıqforlar quraşdırılıb deyə, "20 Yanvar” dairəsini Allah ümidinə buraxmaq, qapını da arxasından bağlayıb, ofisdə oturmaqla problem həll olunan deyil. Hansı yollarda nəqliyyat axını varsa, əsas diqqət ora yönəldilməlidir.
Eyni anda 5 maşın Şərifzadə küçəsinə qalxırsa, 150 maşın da "Şamaxinka”dan gəlir. Hər ikisi üçün işıqforda 30 saniyə "yaşıl işıq” təyin etmək əlbəttə ki, problem yaradacaq. Bunu isə otaqda çay içə-içə "kolkulyator”la hesablamaq olmaz. Mütəxəssislər bu barədə ciddi təhlil aparmalı və nəticəyə uyğun qərar qəbul etməlidir. Bu isə vaxt aparan bir iş olduğu üçün sürücülərimiz bir az səbirli olmalıdır. Milyonlarla xərc çəkib körpü tikdilər. Amma tikib qurtarandan sonra başa düşdülər ki, sən demə, bu cür nəhəng yol qovşağı nəqliyyatın axınını tənzimləmək iqtidarında deyil. Şəhərin bütün ağırlığı aşağı yola düşür. Baxırsan ki, körpünün altında maşın əlindən iynə atsan yerə düşməz, amma üstündə cəmisi bir-iki maşın şütüyür. Dairədə tikilən körpü yalnız düzünə - Sumqayıt və Xırdalana gedənlərin işini asanlaşdırdı. Amma "Şamaxinka”ya, Biləcəriyə gedənlərin əzabına son qoyulmadı.
Ekspertin dediyinə görə, aidiyyəti qurumlar əl-ələ verib, peşəkarların dəstəyi ilə problemdən çıxış yolu axtarsalar, "20 Yanvar” dairəsində hərəkəti tənzimləmək mümkün olar.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol