21 yaşlı qızın FACİƏLİ SONLUĞU





Bakıda 21 yaşlı qız faciəvi şəkildə ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu R. Rüstəmov küçməsi 13 ünvanının qarşısında baş 
1993-cü il təvəllüdlü Ağadadaş Rzazadənin idarə etdiyi "Daevo" markalı 01-BP-348 dövlət qeydiyyatlı avtomobil piyada yol keçən 1998-ci il Leyla Quliyevanı vurub.

21 yaşlı qız xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq L. Quliyeva xəstəxanada ölüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-cü (ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə cinayət işi başlanıb.