Zahid Oruc da mitinqə hazırlaşır




Prezidentliyə müstəqil namizəd Zahid Oruc da Yasamal rayonunu ərazisindəki "Məhsul” stadionunda seçicilərlə görüş-mitinq keçirməyə hazırlaşır. Lent.az aznews.az saytına istinadən bildirir ki, bu barədə məlumatı namizədin özü verib. O bildirib ki, tərəfdarları ilə bu barədə məsləhətləşəcək və seçicilərlə açıq görüş keçirmək barədə qərar qəbul edilərsə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklər. Z.Oruc onu da qeyd edib ki, seçiciləri ilə bir sıra şəhər və qəsəbələrdə qapalı görüşlər keçirib və bu cür görüşlər davam edir.