"Vladimir Putin də bunun provokasiya olduğunu söylədi"- ƏRDOĞAN




Bu sui- qəsd Türk dövlətinə və millətinə qarşı törədilmiş bir terror hadisəsidir

Sherg.az "TRT HABER"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Ölkə başçısı qeyd edib ki, məlum hadisə açıq-aydın  provokasiyadır:

" Ümidvaram ki, bunu rəsmi Moskvada bu cür dəyərləndirir. Ankara ilə Moskva Hələbdəki zülmü dayandırdığı bir dönəmdə bu cür hadisələrin törədilməsi Rusiya -Moskva birliyinə zərbədir. Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında o da bunun  provakasiya olduğunu söylədi. Bu məsələdə həmfikirik".

R.T.Ərdoğan diqqətə çatdırıb ki, Ankarada qətlə yetirilmiş rusiyalı səfirAndrey Karlovun Rusiyaya göndərilməsi yönündə işlər gedir".

Türkiyə lideri  Rusiya -Türkiyə münasibətlərini pozmağa çalışanlara da səslənib :

"Oyununuzu pozacağıq. İstəyinizə nail ola bilməyəcəksiniz. Bütün dost rus xalqına baş sağlığı verirəm. Biz qərarlı dururuq.  Rusiya və Türkiyə qərarlıdır. Rusiya və Türkiyə, başın sağolsun".

Ayyət