Qusarda həlak olan polis mayoru torpağa tapşırıldı

Onun şərəfinə Daxili Qoşunlarının hərbçiləri tərəfindən yaylım atəşi açılıb

Ötən gün Qusar rayonunda baş verən silahlı insident zamanı güllə yarası alan polis əməkdaşlarının vəziyyəti ağır-stabildir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əməliyyat olunan Mövlud Əliyev və Cəmil Nəsirovun həyatları üçün təhlükə yoxdu. Ayağından güllə yarası alan Qusar rayon polis şöbəsinin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov isə ilkin tibbi yardımdan sonra isə ambulator müalicə üçün evə buraxılıb. Silahlı insident zamanı dünyasını dəyişən polis mayoru Qalib Quliyev doğulduğu Quba rayonun Çiçi kəndində torpağa tapşırılıb. Polis əməkdaşının dəfn mərasimində Daxili İşlər Nazirliyinin nümayəndələri, şimal bölgəsinin hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, iş yoldaşları və kənd sakinləri iştirak edib. Onun şərəfinə Daxili Qoşunlarının hərbçiləri tərəfindən yaylım atəşi açılıb. Qeyd edək ki, Q.Quliyev ailəlidir, 12 və 10 yaşlarında iki oğlu var.