Bakıda gənc qızla oğlan evdən huşsuz tapıldı

Onlar dəm qazından zəhərlənib

Dünən Bakının Suraxanı rayonunda 2 nəfər dəm qazından zəhərlənib. Rayon Polis İdarəsindən verilən məlumata görə, hər iki hadisə Günəşli yaşayış massivində baş verib. Belə ki, saat 17:30 radələrində Günəşli yaşayış massivi 28 ünvanında 28 yaşlı Elsevər Xanlarov dəm qazından zəhərlənib. Dərhal hadisə yerinə təcili yardım çağrılıb. Onu xəstəxanaya yerləşdiriblər. Digər hadisə isə saat 20:30 radələrində Günəşli yaşayış massivi 10 ünvanında olub. Burada yaşayan 18 yaşlı Safurə İbrahimova dəm qazından zəhərlənib. Onu huşsuz halda evdə tapıblar. Qıza da ilkin tibbi yardım göstərilib və onu da xəstəxanaya yerləşdiriblər. Hazırda hər iki şəxsin həyatı üçün təhlükə yoxdur.