21 yaşlı gənc doğmalarına dəhşət yaşatdı



Ötən gün səhər saatlarında Bakının Sabunçu rayonunda 21 yaşlı gənc intihar edib. Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 21/7 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Pərviz Elxan oğlu İbrahimov özünü asıb. Onun meyitini doğmaları günorta üzüm çardağından asılmış halda tapıblar. Araşdırmalar zamanı Şamil Kamilovun səhər saatlarında özünü asdığı məlum olub. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.