Sabirabadda qəza...

Avtomobil 40 qoyunu öldürdü



Sabirabadda avtomobil magistral yolda qoyun sürüsünə girib, çoxlu sayda qoyun tələf olub. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu gün saat 8.30 radələrində Qazıməmməd-Bəhrəmtəpə 10-cu kilometrliyində Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini Abbasov Mehman Malik oğlu idarə etdiyi QAZ-31 markalı, 10 HK 310 dövlət nömrə nişanlı avtomobillə Şirvan istiqamətində hərəkətdə olarkən dumanlı havada yolu keçən qoyun sürüsünə girib. Nəticədə Sabirabad rayonunun Qaragüney kənd sakini İsrafilov Kirman Əfsər oğluna məxsus 40-a qədər qoyun tələf olub. Heyvan sahibinə külli miqdarda maddi ziyan dəyib. Faktla bağlı BDYP-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.