Son zamanlar Rusiya və qardaş Türkiyə arasındakı münasibətlərdə müəyyən istiləşmə müşahidə olunur. Bir müddət öncə, prezident Vladimir Putinin və baş nazir Rəcəb Tayyib Ərdoğanın bir araya gələrək regional məsələləri müzakirə obyektinə çevirməsi belə düşünməyə əsas verir. Daha bir görüş bu ilin payız fəslinin sonlarına planlaşdırılıb. Belə ki, V.Putin və R.T.Ərdoğan Moskvada yenidən görüşəcəklər. Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksey Meşkov görüş barədə yayılan xəbərləri təsdiqləyib: "Rusiya Federasiyası prezidentinin və Türkiyə Respublikasının baş nazirinin görüşlərinə hazırlaşırıq”. Dövlət rəsmiləri arasında baş tutacaq görüşü şərh edən politoloq Həsrət Rüstəmov qeyd edib ki, Türkiyə NATO-nun Şərq regionunda ən böyük ölkəsidir. Rusiya isə bu regionda çox maraqlıdır. Ona görə də şimal qonşumuz rəsmi Ankaranı nəzərə almadan Şərqlə bağlı siyasətini yeridə bilməz: "Rəsmi Moskva və Ankaranın maraqlarının üst-üstə düşdüyü xeyli məqamlar var. İndiki halda Suriya məsələsini önə çəkmək lazımdır. Güman edirəm ki, görüşdə münaqişə bölgəsi ilə bağlı qaranlıq məqamlara yenidən baxılacaq. Rusiyanın Suriyada çox böyük hərbi bazası var. Suriyada rus hərbçilərinin olması, Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyətə malikdir. Məlumdur ki, şimal qonşumuzun Yaxın Şərqdə bütün dayaqları əlindən çıxıb. Suriya onların sonuncu nöqtəsidir”. Siyasi təhlilçi bildirib ki, Ərdoğan iqtidarının İrana olan münasibəti də əvvəlki Türkiyə hökumətlərindən fərqlidir: "Çünki Amerika ilə İran arasında yeni dönəm başlayıb. Rəsmi Moskva və rəsmi Ankara arasında da çox böyük iqtisadi layihələr var. Amma Qafqaz məsələsinin Rusiya və Türkiyəni ciddi narahat edən hadisə olması da göz önündədir. Bu baxımdan hesab edirəm ki, görüşdə Qarabağ münaqişəsi və Qafqazla bağlı hər iki ölkənin ortaq maraqlarının müzakirə mövzusu olması da istisna deyil”.
Suriya zülməti...
00:27 18.10.2013
Arxiv
486
Ərdoğanla Putin yenidən müzakirə aparacaqlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Klintonun zirehli limuzini hərraca çıxarıldı: Şok qiymətə satılacaq
06:49 04.01.2025
Dünya
Effektiv "qurd çayı" resepti
04:43 04.01.2025
Sağlamlıq
Conson yenidən Konqresin Nümayəndələr Palatasının sədri seçilib
03:22 04.01.2025
Dünya
Fransız qırıcıları tezliklə Ukraynada olacaq
02:36 04.01.2025
Hərbi
Trüdonun istefası yenidən müzakirə ediləcək
01:16 04.01.2025
Siyasət
İstanbul boğazında hərəkət dayandı - Bacı və qardaş axtarılır
00:58 04.01.2025
Hadisə
Superliqa: “Beşiktaş” səfərdə xal itirib, “Alanyaspor” qalib gəlib
00:46 04.01.2025
İdman
HƏMAS Qəzza üzrə danışıqların yeni mərhələsini təsdiqləyib
00:37 04.01.2025
Dünya
Kremldən Berbokun açıqlamasına CAVAB
00:24 04.01.2025
Siyasət
Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir
23:58 03.01.2025
Siyasət
Suriyalı rəsmilər Berbokun əlini sıxmadı
23:42 03.01.2025
Siyasət
"Qarabağ" hazırlığa start verdi
23:27 03.01.2025
İdman
“Biz bütün hərbi gücümüzü göstərməmişik" - Musəvi
23:14 03.01.2025
Dünya
ABŞ Qəzzada atəşkəs sazişinin bağlanmasını mümkün hesab edir
22:57 03.01.2025
Dünya
Azərbaycanın şəhid xanı - Cavad xan Gəncəli
22:46 03.01.2025
Tarix
Ukrayna öz raketi ilə Moskanı vura biləcək
22:38 03.01.2025
Hərbi
AZAL Bakı-Kazan reysinin təhlükə ilə üzləşməsi barədə - AÇIQLAMA
22:27 03.01.2025
Cəmiyyət
Türkiyə 2025-ci ildə terrora tamamilə son qoya bilər
22:14 03.01.2025
Gündəm
ABŞ Ukraynaya yeni yardım paketi ayırır
21:59 03.01.2025
Dünya
Almaniya ölkələrinə qayıdan suriyalılara maliyyə dəstəyi verəcək
21:44 03.01.2025
Siyasət
2025-ci ildə ardıcıl üç Super Ay proqnozlaşdırılıb
21:30 03.01.2025
Dünya
Avropa Komissiyasının sədri pnevmoniyaya yoluxub
21:03 03.01.2025
Hadisə
Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər - BİLD
20:47 03.01.2025
Siyasət