İtaliyda avtobus qəzaya uğradı: 16 məktəbli ölüb




İtaliyada baş verən yol qəzasında 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə "Assosiated Press” İtaliya polisinə istinadən məlumat yayıb.
Yanvarın 20-də axşam Verona şəhərində baş verən qəzanın detalları araşdırılır.

Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb.
Məlumata görə, avtobusda macarıstanlı məktəblilər olub. Onlar İtaliyada səyahətlərini bitirib Fransaya qayıdırmışlar.

10:12

İtaliyanın Verona şəhərində avtobus qəzaya uğrayıb.
Lent.az-ın Tass-ru-a istinadən məlumatına görə, avtobus yoldakı dirəyə çırpılaraq yanmağa başlayıb.
Hadisə zamanı 7 nəfər ölüb, onlarla insan xəsarət alıb.
Yerli "La Repubblica” qəzetinin verdiyi məlumata görə, qəza zamanı avtobusda 40 nəfər var imiş. Sərnişinlərin əksəriyyəti yeniyetmə olub.

Qəzanın detalları dəqiqləşdirilir. Ölü sayının artacağı gözlənilir.