Ayaqlarında olan infeksiya tam aradan götürüb

İmran Cəfərzadənin xəstəxanadan çıxacağını həkimlər də bilmir

"İmran Cəfərzadənin müalicəsi Almaniyada xəstəxanada davam etdirilir və onun nə zaman xəstəxanadan çıxacağını həkimlər də bilmir”. Bu barədə lent.az-a İ. Cəfərzadənin ailə üzvlərindən məlumat verib. Verilən məlumatda qeyd olunur ki, artıq İmranın ayaqlarında olan infeksiya tam aradan götürüb: "İmranın sağ ayağı protez olacaq. Həkimlər indi çalışırlar ki, sol ayağını bərpa etsinlər və həmin ayağı işləsin. Sol ayağında hazırda dəmirlər var. Ümidimiz böyükdür, çünki onun sağlamlıq durumu ilə bağlı xeyli inkişaf var”. İ. Cəfərzadənin ailə üzvlərinin verdiyi məlumatda o da vurğulanır ki, Azərbaycan dövləti və Almaniyadakı səfirliyimiz öz dəstəyini əsirgəmir. Qeyd edək ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində ciddi xəsarət alaraq iki ayağını itirib.