Heydər Əliyev Parkı Ankaranın Batıkənd rayonunda Türkiyə paytaxtının ən gözəl istirahət məkanıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün salınan bu park ankaralıların və paytaxtın qonaqlarının ən çox xoşladıqları yerdir. Təəssüf ki, Azərbaycanın böyük nailiyyətləri dünyada bəzi dairələr tərəfindən qısqanclıqla qarşılandığı kimi, bu möhtəşəm park da hətta qardaş ölkədə belə bəzi insanlarda narahatlıq hissi yaratmışdır. Türkiyənin "Hürriyet” qəzetinin Ankara üçün 14 oktyabr tarixli buraxılışında "Xatirə ormanı zibilliyə çevrildi” sərlövhəli xırda xəbərlə bağlı araşdırma aparmaq üçün İstanbuldan Türkiyə paytaxtına yola düşdüm. Həqiqətdən uzaq və əsassız xəbəri ölkəmizi istəməyən bədxahlar, xüsusilə erməni mətbuatı gecikmədən yaymışdı. Əvvəlcə qeyd edim ki, sərlövhəyə çıxardığım cümləni Heydər Əliyev Parkının yaxınlığında görüşdüyüm pensiyaçı müəllim Tahsin Akbulut söylədi. Buradakı sakinlər etiraf etdilər ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu gözəl parkın və yenidən qurulmuş orta məktəbin sayəsində ərazidəki evlərin qiymətləri də yüksəlmiş, məhəllə Batıkənd rayonunda ən prestijli yerə çevrilmişdir. 2012-ci ilin dekabrında parkın və məktəbin yenidən qurulmasından sonra keçirilmiş açılış mərasimində türkiyəli nazirlər və xarici ölkələrin Ankarada akkreditə olunmuş səfirləri də heyranlıqlarını gizlətməmişdilər. Bəs "Hürriyət” bu xəbəri nəyin əsasında yazmışdır? Araşdırmalardan sonra müəyyən etdim ki, əslində söhbət Heydər Əliyev Parkının yaxınlığında yerləşən boş ərazidən gedirmiş. Bu ərazinin xatirə ormanı adlandırılması və guya 7 il əvvəl əkilmiş 8 min ağacın quruması faktları tamamilə yalandır. Ümumiyyətlə, sənədlərin heç birində Heydər Əliyev Xatirə Ormanı deyilən bir yer yoxdur. Bunu Batıkənd bələdiyyəsi və Türkiyənin Orman Müstəşarlığının bölgə müdiri də təsdiq etmişdir. Həmin boş ərazinin gələcəkdə idman kompleksi tikintisi üçün istifadə olunacağı da bildirilir. Hələlik isə, burada spirtli içkilər içən gənclər toplaşır ki, bu da yaxınlıqdakı evlərin sakinlərinin narazılığına səbəb olur. Bütün bunlardan sonra aydınlaşdırmaq lazım gəldi: Bu ərazinin Azərbaycan və Heydər Əliyev Parkı ilə nə əlaqəsi var? Sakinlər və rayon rəsmiləri ilə qısa söhbətdən sonra, necə deyərlər, "xoruzun quyruğu göründü”. Sən demə, buradakı bəzi insanlar mətbuata yanlış məlumat verməklə bu ərazini də Azərbaycanın maliyyə vəsaiti hesabına abadlaşdırmaq istəyirlərmiş. Yaxınlıqdakı göz oxşayan və ən modern standartlara cavab verən Heydər Əliyev adına orta məktəb və möhtəşəm Heydər Əliyev Parkını görən bu insanlar qonşu ərazini də Ulu Öndərimizin xatirə ormanı adı altında gözəlləşdirmək fikrinə düşmüşlər. Ankaranı gəzdiyim zaman yol boyu gördüyüm məktəb binaları, parklar, o cümlədən xarici ölkə liderlərinin adına salınmış istirahət məkanları məndə belə bir qənaət yaratdı: həqiqətən, gözəlliyi ilə seçilən, Ulu Öndərimizin müdrik siyasəti nəticəsində qüdrətli dövlətə çevrilən Azərbaycanın qardaş ölkənin paytaxtındakı bu nişanələrini qısqanmağa dəyər. Çünki, bu şəhərdə belə möhtəşəm park və məktəb yoxdur. Oqtay Bayramov AzərTAc-ın xüsusi müxbiri İstanbul-Ankara-İstanbul
Heydər Əliyev Parkı Ankaranın ən möhtəşəm və abad istirahət məkanıdır
22:30 21.10.2013
Arxiv
3632
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Klintonun zirehli limuzini hərraca çıxarıldı: Şok qiymətə satılacaq
06:49 04.01.2025
Dünya
Effektiv "qurd çayı" resepti
04:43 04.01.2025
Sağlamlıq
Conson yenidən Konqresin Nümayəndələr Palatasının sədri seçilib
03:22 04.01.2025
Dünya
Fransız qırıcıları tezliklə Ukraynada olacaq
02:36 04.01.2025
Hərbi
Trüdonun istefası yenidən müzakirə ediləcək
01:16 04.01.2025
Siyasət
İstanbul boğazında hərəkət dayandı - Bacı və qardaş axtarılır
00:58 04.01.2025
Hadisə
Superliqa: “Beşiktaş” səfərdə xal itirib, “Alanyaspor” qalib gəlib
00:46 04.01.2025
İdman
HƏMAS Qəzza üzrə danışıqların yeni mərhələsini təsdiqləyib
00:37 04.01.2025
Dünya
Kremldən Berbokun açıqlamasına CAVAB
00:24 04.01.2025
Siyasət
Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir
23:58 03.01.2025
Siyasət
Suriyalı rəsmilər Berbokun əlini sıxmadı
23:42 03.01.2025
Siyasət
"Qarabağ" hazırlığa start verdi
23:27 03.01.2025
İdman
“Biz bütün hərbi gücümüzü göstərməmişik" - Musəvi
23:14 03.01.2025
Dünya
ABŞ Qəzzada atəşkəs sazişinin bağlanmasını mümkün hesab edir
22:57 03.01.2025
Dünya
Azərbaycanın şəhid xanı - Cavad xan Gəncəli
22:46 03.01.2025
Tarix
Ukrayna öz raketi ilə Moskanı vura biləcək
22:38 03.01.2025
Hərbi
AZAL Bakı-Kazan reysinin təhlükə ilə üzləşməsi barədə - AÇIQLAMA
22:27 03.01.2025
Cəmiyyət
Türkiyə 2025-ci ildə terrora tamamilə son qoya bilər
22:14 03.01.2025
Gündəm
ABŞ Ukraynaya yeni yardım paketi ayırır
21:59 03.01.2025
Dünya
Almaniya ölkələrinə qayıdan suriyalılara maliyyə dəstəyi verəcək
21:44 03.01.2025
Siyasət
2025-ci ildə ardıcıl üç Super Ay proqnozlaşdırılıb
21:30 03.01.2025
Dünya
Avropa Komissiyasının sədri pnevmoniyaya yoluxub
21:03 03.01.2025
Hadisə
Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər - BİLD
20:47 03.01.2025
Siyasət