ATƏT Parlament Assambleyasının Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərini müşahidə missiyasının rəhbəri xanım Doris Barnett "Azadlıq” qəzetinin internet səhifəsində dərc olunmuş "Alman deputat seçkini təriflədiyi üçün cavab verməli oldu” sərlövhəli məqalədə onun adından səsləndirilmiş fikirlərə münasibət bildirmişdir. Azərbaycanın Almaniyadakı səfirliyindən AzərTAc-a daxil olan məlumatda deyilir ki, oktyabrın 18-də "Azadlıq” qəzetinin internet səhifəsində "Alman deputat seçkini təriflədiyi üçün cavab verməli oldu” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə Almaniyada yaşayan 20-yə yaxın azərbaycanlının Bundestaqın deputatı, xanım Doris Barnettin yaşadığı Ludviqshafen şəhərində onun üzvü olduğu Sosial-Demokrat Partiyasının (SPD) qərargahı qarşısında keçirdiyi etiraz aksiyası barədə məlumat verilir. Məqalədə etiraz aksiyasının ATƏT Parlament Assambleyasının Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərini müşahidə missiyasının rəhbəri kimi xanım D.Barnettinin seçkilərin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı verdiyi bəyanatlarla əlaqədar keçirildiyi bildirilir və aksiya iştirakçıları ilə görüşmüş xanım D.Barnettin adından onun seçkilər barədə söylədiyi fikirlərin guya təhrif olunması barədə sitatlar verilmişdir. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən xanım D.Barnettə müvafiq sorğu göndərilmiş və onun məsələyə münasibəti öyrənilmişdir. Xanım deputat səfirliyə cavab məktubunda yuxarıda qeyd olunan məqalədə ona istinadən verilmiş sitatlar haqqında aşağıdakıları bildirmişdir: "Faktların saxtalaşdırılmasına, mənim dediklərimin tam əksinin utanmadan mənim adıma yazılmasına görə söz tapa bilmirəm. Mən dünən Maynts şəhərindən gəlmiş nümayişçilərin sözçüsünə bu haqda yazacağam”.
“Mənim dediklərimin tam əksinin utanmadan adıma yazılmasına görə söz tapa bilmirəm”
22:33 21.10.2013
Arxiv
520
ATƏT PA-nın müşahidə missiyasının rəhbəri, Almaniya Bundestaqının deputatı “Azadlıq” qəzetinin internet səhifəsində dərc olunmuş məqaləyə etirazını bildirmişdir
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Klintonun zirehli limuzini hərraca çıxarıldı: Şok qiymətə satılacaq
06:49 04.01.2025
Dünya
Effektiv "qurd çayı" resepti
04:43 04.01.2025
Sağlamlıq
Conson yenidən Konqresin Nümayəndələr Palatasının sədri seçilib
03:22 04.01.2025
Dünya
Fransız qırıcıları tezliklə Ukraynada olacaq
02:36 04.01.2025
Hərbi
Trüdonun istefası yenidən müzakirə ediləcək
01:16 04.01.2025
Siyasət
İstanbul boğazında hərəkət dayandı - Bacı və qardaş axtarılır
00:58 04.01.2025
Hadisə
Superliqa: “Beşiktaş” səfərdə xal itirib, “Alanyaspor” qalib gəlib
00:46 04.01.2025
İdman
HƏMAS Qəzza üzrə danışıqların yeni mərhələsini təsdiqləyib
00:37 04.01.2025
Dünya
Kremldən Berbokun açıqlamasına CAVAB
00:24 04.01.2025
Siyasət
Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir
23:58 03.01.2025
Siyasət
Suriyalı rəsmilər Berbokun əlini sıxmadı
23:42 03.01.2025
Siyasət
"Qarabağ" hazırlığa start verdi
23:27 03.01.2025
İdman
“Biz bütün hərbi gücümüzü göstərməmişik" - Musəvi
23:14 03.01.2025
Dünya
ABŞ Qəzzada atəşkəs sazişinin bağlanmasını mümkün hesab edir
22:57 03.01.2025
Dünya
Azərbaycanın şəhid xanı - Cavad xan Gəncəli
22:46 03.01.2025
Tarix
Ukrayna öz raketi ilə Moskanı vura biləcək
22:38 03.01.2025
Hərbi
AZAL Bakı-Kazan reysinin təhlükə ilə üzləşməsi barədə - AÇIQLAMA
22:27 03.01.2025
Cəmiyyət
Türkiyə 2025-ci ildə terrora tamamilə son qoya bilər
22:14 03.01.2025
Gündəm
ABŞ Ukraynaya yeni yardım paketi ayırır
21:59 03.01.2025
Dünya
Almaniya ölkələrinə qayıdan suriyalılara maliyyə dəstəyi verəcək
21:44 03.01.2025
Siyasət
2025-ci ildə ardıcıl üç Super Ay proqnozlaşdırılıb
21:30 03.01.2025
Dünya
Avropa Komissiyasının sədri pnevmoniyaya yoluxub
21:03 03.01.2025
Hadisə
Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər - BİLD
20:47 03.01.2025
Siyasət