Volqoqradda partlayış

Avtobusu intiharçının törətdiyi bildirilir

Volqoqradda sərnişin avtobusunu intiharçı törədib. Bu barədə Rusiya mətbuatı yerli məmurlara istinadla məlumat yayıb. İntiharçının bu yaxınlarda islamı qəbul edən qadın olduğu bildirilir. Təhlükəsialik xidmətinin rəsmisi Valery Safanovun sözlərinə görə, hadisə yerinin ətrafından tapılan sənədlər onun tanınmış islamçı yaraqlnın arvadı olduğunu göstərir. Volqoqradda sərnişin avtobusunu intiharçı qadın törədib. Hüquq mühavizə orqanları onun əslən Dağıstandan olan 30 yaşlı Naida Asiyalova olduğunu deyirər. Dağıstan hüquq-mühavizə orqanlarının bundan əvvəl verdiyi məlumata görə o Mahaçqaladakı silahlı qrupun rəhbəri Dimitry Sokolovun həyat yoldaşı ola bilər. Məlumatlara görə onlar Moskvada bir yerdə oxuyublarmış. Sonradan Sokolov onunla birlikdə Dağıstana gedib və yaraqlılara qoşulub. Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin terrorçuluqla bağlı cinayət işi açıldığını deyir. Vladimir Markinin sözlərinə görə qadın dayanacaqlardan birində avtobusa girib və demək olar ki, o dəqiqə də partlayış baş verib. Markin terrorçuluqla bağlı cinayət işi açıldığını deyir. Son məlumata görə, partlayış nıəticəsində azı 5 nəfər ölüb, 32 adam yaralanıb. Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib. Bundan əvvəl partlayanın maşındakı qaz balonu olduğöu bildirilirdi.