Moskvada yataqxanalar yoxlanılmağa başlanıldı




Moskvada miqrant ovu davam edir. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Plexanov küçəsində yerləşən bir yataqxanada aparılan yoxlama zamanı Mərkəzi Asiya və Moldova sakinləri olan 69 qeyri-leqal miqrant saxlanılıb. Miqrantlar şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün polis şöbələrinə aparılıblar.