İşgəncələr verilib, şərəf və ləyaqətinin alçaldıblar

Azərbaycan səfirliyinin təmsilçiləri Orxan Zeynalovla görüşüb

Dünən Azərbaycanın Moskvadakı səfirliyinin əməkdaşları qətldə ittiham olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşüblər. Konsul Fuad Əliyev və səfirliyin müşaviri Ağalar Atamoğlanov görüş zamanı Orxan Zahid oğlu Zeynalova hüquqlarını başa salıblarOnunla söhbətləşib bildiriblər ki, səfirlik tərəfindən onun maraqlarının müdafiəsi məqsədi ilə vəkil V.İ.Anikuşkin və tərcüməçi D.Dadaşova ilə müqavilə bağlanıb. O.Zeynalov həbs edildiyi gün, həmçinin təcridxanada saxlanıldığı müddət ərzində ona qarşı əsassız işgəncələr verildiyini, şərəf və ləyaqətinin alçaldıldığını bildirib.

Zeynalova deyilib ki, səfirliyin tapşırığı ilə vəkil V.İ.Anikuşin KİV-də yayılmış məlumatlar, videokadrlar, həmçinin O.Zeynalovun sözləri əsasında ittiham edilənin bədənindəki xəsarətlər, ona qarşı fiziki təzyiqlər barədə xidməti istintaq başladılması barədə bir neçə vəsadət qaldırılıb, həmçinin ona qarşı qəbul edilmiş qərarın dəyişdirilməsi ilə bağlı apelyasiya ərizəsi verilib.