Səfir anonsunu verdi

Yaxın perspektivdə ABŞ-ın Azərbaycana fərqli yanaşmasının şahidi olacağıq

9 oktyabr prezident seçkilərindən sonra seçkinin nəticələri ilə bağlı ilkin olaraq qərəzli mövqedən çıxış edən ABŞ Departamenti "səhvinibaşa düşərək ölkəmizlə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu bəyan edib. ABŞ səfiri Riçard Morninqstar prezident İlham Əliyevin inauqurasiyası ilə bağlı bəyanatında vurğulayıb ki, təmsil etdiyi dövlət Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq qurmaqda maraqlıdır və bunu səbirsizliklə gözləyir. Morninqstar bildirib ki, istənilən tərəfdaşlar arasında fikir ayrılıqları olduğu kimi çoxlu ortaq maraqlar da var:

"Azərbaycanda demokratik dəyər və prinsipləri təşviq etmək üçün hökumət və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı davam etdirəcəyik. Həmçinin, Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edəcəyik”. ABŞ Departamentini və xarici diplomatiyasını təmsil edən səfirin qeyri-ciddi açıqlama vermək imkanına malik olmadığını nəzərə alsaq, super dövlətin Azərbaycan hökuməti ilə əməkdaşlıqda qərarlı olduğu qənaətinə gəlmək olar.

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, siyasi elmlər doktoru Elman Nəsirli deyir ki, hər zaman praqmatik siyasət yeridən ABŞ məsələlərə fərqli mövqedən yanaşanda belə öz dövlət maraqlarını ön plana çəkir:

"Bir çox hallarda təzyiq elementlərindən istifadə etmək ABŞ-ın ənənəvi siyasətidir. Əslində ABŞ Dövlət Departamentinin Azərbaycandakı seçkilərin nəticələri ilə bağlı verdiyi açıqlama reallığa uyğun deyildi və seçkilərə verilən bu qiymət ikitərəfli münasibətlərdəki strateji əməkdaşlığın ruhuna zidd idi. Ancaq qısa müddətdən sonra ABŞ-a aydın oldu ki, xalqın səsini qazanmış İlham Əliyev qanuni şəkildə ölkəyə rəhbər seçilib. Buna görə də reallığı qəbul etmək məcburiyyətində qaldı. Yəni seçkidən sonrakı "reallıqilə indiki reallığın fərqini dərk edərək sağlam siyasətə uyğun adekvat addım atdı. Morninqstarın departamentin əvvəlki mövqeyindən fərqli bəyanatına səbəb də budur”.

Politoloqun sözlərinə görə, tələsik dəyişən mövqeyin arxasında dayanan bir çox məqamlar durur: "ABŞ-ın Azərbaycanla üststə düşən maraqları var. Ortaq məqamlar beynəlxalq terrorizmlə mübarizə, sülh tərəfdaşlığı və ən əsası da enerji təhlükəsizliyi ilə bağlı məsələlərdir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi də əməkdaşlığın əsas prinsiplərindəndir. Nəzərə almaq lazımdır ki, səfirin mövqeyi ABŞ Departamentinin mövqeyi ilə yanaşı, Ağ Evin də siyasi xəttini tərənnüm edir. Bu baxımdan çox güman ki, yaxın perspektivdə ABŞ-ın Azərbaycandakı seçkilərlə bağlı yeni yanaşmasının şahidi olacağıq. Elə səfir də indidən bunun anonsunu verir”.

E.Nəsirli vurğulayır ki, ABŞ hər zaman "qoğal və qamçı” siyasətini həyata keçirir. Yəni bu dövlət digər ölkələrlə münasibətdə qoğal siyasəti ilə paralel öz qamçısını da əldən buraxmır və tez-tez onu tətbiq edir: "ABŞ-ın məşhur prezidenti Teodor Ruzvelt deyirdi ki, "nəzakətli ol, amma çomağı əlindən buraxma”. ABŞ-ın seçkilərlə bağlı mövqeyi də texniki bir yeniləşmə idi. Bizə göstərdiyi əvvəlki çomağın ardından nəzakət nümayiş etdirdi. Ancaq "toplananların yerini dəyişəndə cəm dəyişmir”. ABŞ üçün hər şeydən öncə onun milli-dövlətçilik maraqları gəlir. Cənubi Qafqaz, xüsusilə də Azərbaycan ABŞ üçün çox önəmli tərəfdaşdır. Buna baxmayaraq, onlar lazım bildiyi məqamlarda kötək variantından da istifadə edirlər. Amma ABŞ bir şeyi nəzərə almalıdır ki, eyni resept hər yerdə müsbət nəticə verə bilməz. Azərbaycan kimi ölkələrlə münasibətdə ultimatum dili ilə danışmaq mənfi effekt verir. Yəni ABŞ-ın bir çox ölkələrdə bəhrə verən bu düsturu Azərbaycanda özünü doğrultmadı. Çünki bizim ölkəmizdə "dovşana qaç, tazıya tutsiyasəti tətbiq edilə bilməz”.

Siyasi ekspert qeyd edir ki, Azərbaycan prinsip etibarı ilə beynəlxalq təşkilatların və böyük dövlətlərin Ermənistana ciddi təzyiq göstərməməsindən narazıdır: "Ölkə rəhbəri İlham Əliyev də andiçmə mərasimində qeyd etdi ki, Dağlıq Qarabağ problemi ona görə öz həllini tapmır ki, Ermənitsan riyakar və qeyri-konstruktiv siyasətini davam etdirir.