Baş nazirin müavinlərinin sayı artırılıb

İki yeni müavin İsmət Abbasov və Əli Əhmədov təyin ediliblər

Azərbaycan Prezidenti İlham Əliyev bu gün yeni kabinetin tərkibini təsdiqləyib. APA-nın xəbərinə görə, prezidentin sərəncamı ilə yeni hökumətdə baş nazirin müavinlərinin sayı artırılıb. Baş nazirin iki yeni müavini isə İsmət Abbasov və Əli Əhmədov təyin ediliblərDigər müavinlər isə Yaqub Eyyubov, Abid Şərifov, Elçin Əfəndiyev, Əli Həsənovdur. İsmət Abbasov buna qədər kənd təsərrüfatı naziri, Əli Əhmədov isə YAPn sədr müavini və icra katibi vəzifələrində çalışıblar.