Tramp Rusiya ilə bağlı sanksiyaları yumşaltmayıb




ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya ilə bağlı sanksiya rejimlərinin yumşaldılması haqqında qərar qəbul etməyib.
"Repor”un məlumatına görə, o, "Harley-Davidson" şirkətinin nümayəndələri ilə görüşün gedişatında Rusiya əleyhinə sanksiyaların yumşaldılması ilə bağlı jurnalistlərin suallarına cavab verərkən deyib: "Mən heç nəyi yumşaltmamışam".

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Sanksiyalaşdırma Bölməsi "Əsas lisenziya nömrə 1" adlı sənədi dərc edib. Sənəddə göstərilir ki, Amerika hakimiyyəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti barəsində sanksiya rejimini dəyişdirib.

Yeri gəlmişkən, Ağ Evin mətbuat katibi Şon Spayser bildirib ki, bu, sanksiyalar tətbiq edilərkən Maliyyə Nazirliyi üçün adi iş qaydasıdır.