"Məni tutub seks köləsi etmək istəyirlər"

İraq və Suriyada terror təşkilatı İŞİD-ə qarşı savaşan kürd əsilli Danimarka vətəndaşı Joanna Palani, ingilis "Daily Mail" qəzetinə açıqlamlar verib.
Təşkilatda "iti nişançı" olaraq öyrədilən və  əvvəl də "İŞİD- çiləri öldürmək çox asandır" sözləriylə gündəmə gələn Palani təşkilatda "Ölüm Leydisi" olaraq tanınır.
23 yaşlı Palani, indi isə İŞİD-in onu qaçırıb seks köləsi etmək istədiyini, ya da öldürmək istədiyini iddia edir. İŞİD əvvəl Palaninin başına 1 milyon dollar mükafat qoymuşdu.(Milliyet)
Hazırda ölkəsi Danimarkada həbssiz mühakimə olunan Palaninin 2 il həbs cəzası alacağı söz mövzusudur. Joanna Palani 2014-cü ildə İŞİD-ə qarşı döyüşmək üçün getdiyi İraqdan döndüyündə bölgəyə geri dönməsini önləmək üçün Danimarka tərəfindən 12 aylıq bir səyahət qadağası qoyulmuşdu. Ancaq Palani, 6 iyunda Qətərin paytaxtı Dohaya gedərək, qoyulan bu qadağanı pozmuşdu. Ona verilən 1 illik səyahət qadağasını pozması səbəbiylə Palaninin indi həbsə girməsi gözlənilir.
"MƏNİMLƏ TERROÇU KİMİ DAVRANIRLAR"
Kimsəyə güvənmədiyini söyləyən gənc qadın, "Danimarka məhkəmələri məni İŞİD-ə qatılan terrorçu kimi mühakimə etməyə çalışır. Ancaq mən  günahkar deyiləm. Mən yalnız İŞİD-in bir Avropa ölkəsinə hücum etməsinə maneə törətmək üçün döyüşdüm" deyir.
Palani, Danimarkada siyasət və fəlsəfə təhsilini yarıda buraxaraq 2014-cü ildə kürd güclərinə qatılıb. İraqın Ramadi şəhərindəki bir immiqrant düşərgəsində 1993-cü ildə dünyaya gələn Palaninin ailəsi Körfəz savaşı zamanı ölkəsini tərk edərək Danimarkaya yerləşib. Aayrıca Palaninin ailəsi Körfəz savaşı  əsnasında ölkəsini tərk edərək, Kopenhagenə yerləşib.