Təhsil Nazirliyi (TN) ali məktəblərə qəbul olan tələbələrin sayının artırılmasına dair təklifləri hazırlayaraq hökumətə təqdim edib. Bu barədə təhsil naziri Mikayıl Cabbarov bildirib. O, qeyd edib ki, ali təhsil müəssisələrində tələbələrin sayı getdikcə artacaq:
" TN ali təhsil ocaqları tərəfindən edilən müraciətlər əsasında bu il ali təhsil sistemində hazırlıq ilinin tətbiqi şərti ilə ali məktəblərə qəbulun genişləndirilməsinə dair, yəni, qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflər hökumətə təqdim olunub".
Nazir onu da əlavə edib ki, hazırda həmin təklifə hökumətdə baxılır:
"Bu dəyişiklik qəbul olunsa, ölkədə ali təhsil səviyyəsinə qəbul olan tələbələrin sayı nisbətən artacaq və yüksək akademik nailiyyətlər göstərən tələbələr təhsillərinə dərhal başlaya biləcəklər. Zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meylli olan və ali təhsil almaq istəyən tələbələr bir sıra ixtisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə yiyələnə biləcəklər”.
Nazirin açıqlamasını dəyərləndirən Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı məsələni Sherg.az-a bu cür izah edib:
"Burada söhbət ondan gedir ki, tutalım burada əlavə hazırlıq yoxdur. Prosesə olduğu kimi tələbə qəbulu üzrə komissiya ilə davam edirik. Amma ali məktəblərdə yanaşma müxtəlifdir. Birində sistem çox ciddidir, birində orta ciddidir, birində də zəif ciddidir və birində də heç bir ciddilik yoxdur. Yəni birində vəziyyət çox təmizdir, birində orta təmizdir, birində az təmizdir, biri də natəmizdir. Bu, qəbul prosesi ilə əlaqədar deyil. Söhbət universitetlərin təhsilə ciddiliyindən gedir. Həmişə deyirəm ki, univeristetlər süzgənc sistemidir. Tələbə ora gəlir və o, hər semestr imtahan verir , beləliklə də təkminləşir. Tələbə ali məktəbdə 9-9 böyük imtahan sessiyasından keçməlidir. Çətin olduqda kəsilib, yenidən imtahan verməlidir. Yəni o, univeristeti mütəxəsis olandan sonra bitirməlidir. Bu da, universitetlərdən asıldır. Təbii, nazirlik istəyir ki, bütün təhsil müəssələri ciddi volsun və keyfiyyətli təhsil vesin. Amma universitetlər çox fərqlidir. Tələbə nə yolla gəlir gəlsin, o, universitetdə vahid proqram keçməlidirlər. Çox əla oxuyan da, orta oxuyan da, zəif oxuyan da eyni proqramı bitirməlidr. Biri sadəcə yüksək qiymətlər alır, biri orta, biri də zəif ".
Tələbələrin sayının artmasına diqqət çəkən professor söyləyib ki, bu artım meyli ümumdünya tendensiyasıdır və Azərbaycan bu sahədə çox geri qalır:
"Məsələn, bizdə orta məktəbi bitrənlərin 20 faizi tələbə adını qazanır. Gürcüstanda 40 faizdir. Dünyanın qabaqcıl ölkələrində isə 70 -80 faizdır. Azərbaycan bu sahədə çox geridir və ona görə də, indiki dövrdə ali təhsil alanların sayı artmalıdır. Bu istiqamətdə alternativ yol yoxdur. Amma gərək ki, universitetlərimiz ciddi olsun. Onda valideyn də uşağını ciddi universitetlərə qoymalıdır ki, övladları yaxşı təhsil alsın. Oranı bitirəndə aldığı diplomun qiyməti, dəyəri olsun. Və işə asanlıqla düzələ bilsin. Bu, həm də artq cəmiyyətin problemidir. Valideynin və qəbul olanın istəyinə bağlıdır. Amma artım meylinin qarşısını almaq olmaz. Mütləq şəkildə Azərbaycanda tələbələrin sayı ən azı iki dəfə artmalıdır ki, ümumdünya göstəricilərinə bir az yaxınlaşaq.. Yəqin nazirlik də bununla əlaqədar deyir ki, say artırılmalıdır. Amma qərarın bütün detalları ilə tam tanış deyiləm. Görünür, hələ müzakirə gedir".
H. İsaxanlı onu da əlavə edib ki, ümumiyyətlə təhsilin bir nömrəli problemi kimi onun əlçatan olması göstərilir:
"Ondan sonra deyirlər ki, təhsil əlçatan olmaqla yanaşı keyfiyyətli olmalıdır. Sonra da deyirlər təhsilin maliyyə bazası olsun. Baxın, orta təhsil addım-addım icbari təhsil oldu. Düzdü, ali mətkəbi icbari etmək olmur və bunun icbari etmək də düzgün deyil. Amma bununla yanaşı insanlara ali təhsil almaq imkanları yaratmaq lazımdır. Kim ki ali məktəb oxumaq istəyir, univeristetin də onu qəbul etməyə yeri var, qoy, oxusun. Bircə qalır univetitlərin seçilməsi. Bu da valideynlərdən və təhsil almaq istəyəndən asılıdır. Deyim ki, Amerikanın özündə 5min universitet var. Onların içərisində zəiflər, ortalar və çox əlalar var. Orada da belədir. Yəni adamlardan biri ən yaxşıya, biri ortaya, digəri də zəif ali məktəbə daxil olur".
Ayyət Əhməd