"ABŞ-ın yeni administrasiyası Türkiyə ilə əməkdaşlığı gücləndirir" - Deputat




"Türkiyə bölgədə ABŞ-ın ən etibarlı müttəfiqi və tərəfdaşıdır".

Bu sözləri Sherg.az-a ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında baş tutan telefon danışığına münasibət bildirərkən millət vəkili Asim Mollazadə söyləyib. 

Parlamentarinin fikrincə, ABŞ- ın yeni administrasiyası bunu çox gözəl anlayaraq Türkiyə ilə əməkdaşlığı gücləndirir:

"Amerika Türkiyə ilə birgə Orta Şərqdə terrorla mübarizəni davam etdirəcək. Bu, münasibətlər eyni zamanda digər sahələri də əhatə edəcək Söhbət iqtisadi münasibətlərdən , qarşılıqlı investisiyalardan gedir. Bu mənada hesab edirəm ki, Türkiyə ABŞ üçün bu bölgədə ən etibarlı müttəfiq və dostdur".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında baş tutan telefon danışığı zamanı ikitərəfli əlaqələr və terrorla mübarizə müzakirə olunub. Bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında bildirilir."Prezident Tramp ABŞ-ın NATO üzrə strateji tərəfdaşı və müttəfiqi olan Türkiyəyə dəstək verdiyini bir daha bəyan edib və İŞİD-lə mübarizədə Ankaranın verdiyi töhfəni yüksək qiymətləndirib”.

Ayyət Əhməd