Ölümə atıldı: Əri saçlarından tutub qurtardı -VİDEO

Nəzəri olaraq 2 min saç teli 30 kiloqram ağırlığı saxlaya bilir



Hər şey bir saniyənin içində oldu. 20 metr yüksəkdən özünü aşağıya atan qadını əri qurtardı. Üstəlik çox maraqlı bir üsulla… Qadının atıldığı anda saçından tutan adam 3 dəqiqə boyunca o şəkildə həyat yoldaşını tutdu.

"Milliyət" xəbər verir ki, ölkənin Shaanxi əyalətinin Shiquan qəsəbəsində yaşanan hadisədə, arvadının saçlarını tam üç dəqiqə boyunca tutmağı bacaran adamın köməyinə hadisə yerinə gələn polis səlahiyyətliləri yetişdi. Hadisə anları polis kamerasın tərəfindən qeyd edildi.

Çin mediasında yer alan xəbərlərə görə, nəzəri olaraq 2 min saç teli 30 kiloqram ağırlığı saxlaya bilir. Polis isə yağış suyu borusunun da o anlarda qadının bədəninə dəstək təmin etdiyini söylədi.