Müğənni kostyumda hovuza baş vurdu…. - Foto

Müğənni Elçin Cəfərov yeni bir layihəyə imza atıb.
Sherg.az xəbər verir ki, ifaçı «İstədim» layihəsi ilə şou biznesdə olan susqunluğu aradan qaldırdı.
Müğənni bu dəfə də Azər Şirinin misralarına müracət edib. Mahnını musiqisi isə elə müğənninin özünə məxsusdu. Musiqisinin oranjimanı Tərlan Məmmədhüseynova aiddir. Müğənni adıçəkilən layihə üçün maraqlı fotosessiya hazırlayıb. Fotolardan da göründüyü kimi müğənni kostyumda suya girib. Bir sözlə istedadlı müğənni kostyumda hovuza baş vurub.
Tahirə