Lənkəranda qətl

19 yaşlı gənc öldürüldü

 Lənkəranda bir gənc digər gəncin həyatına son qoyub. Lənkəran rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonda yaşayan 1994-cü il təvəllüdlü Vəliyev Elvin İlham oğlu 1991-ci il təvəllüdlü Məmmədov Əmrah Gülağa oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirlib. Faktla bağlı cinayət işi açılıb.