Bakıda sarsıdan olay

Ahıl ər-arvad ölüm ayağında tapıldı



Dünən Bakının Nizami rayonu ərazisində iki nəfərin köməksiz vəziyyətdə qalması barədə polisə və Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, metronun Qara Qarayev stansiyasının yaxınlığında, Şərifli küçəsi 94 B ünvanındakı 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 1937-ci il təvəllüdlü Yelena Şilova və onun əri Jenya köməksiz vəziyyətdə qalıb. Bu barədə ilk olaraq Şilovların qonşuları bildiriblər. qonşular deyiblər ki, ahıl ər-arvad artıq 4-5 gündür ki, evdən çıxmır və buna görə çox narahatdırlar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən hər iki şəxs huşsuz vəziyyətdə aşkar olunublar. 76 yaşlı ər və arvadı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Bildirilir ki, uzun illərdir ki, kimsəsiz yaşayan qoca ər-arvad həm də xəstəlikdən əziyyət çəkir. Vəziyyət o həddə çatıb ki, onlar özlərini müdafiə etmək ixtiyarını itiriblər və acından huşsuz vəziyyətə düşüblər.