Fransanı "Eurovision"da Alma xanım təmsil edəcək



Bu il Fransanı "Eurovision” mahnı müsabiqəsində müğənni Alma təmsil edəcək. 

Sherg.az "Lemonde.fr”ə istinadən xəbər verir ki, 28 yaşlı xanım müğənnini Fransa "Eurovision ” komitəsi seçib. 

Ölkəsində "France 2” kanalına açıqlama verən Alma ölkəsini bu mahnı müsabiqəsində təmsil etməsindən şərəf duyduğunu deyib. O, öz ifası ilə digər xalqların da dəstəyini qazana biləcəyini söyləyib.

Qeyd edək ki, Ukraynada baş tutacaq bu müsabiqənin yarım finalı mayın 9-dan 11-ə kimi davam edəcək. Final isə may ayının 13-də olacaq.

Ayyət