Erməni və fars sazişi imzalanıb

Araz çayı üzərində stansiya tikmək istəyirlər

Noyabrın 5-də İranla Ermənistan arasında hidroenergetika sahəsində layihələrin həyata keçirilməsi üzrə üç saziş imzalanıb. "Media forum” saytı xəbər verir ki, Tehranda İranın energetika naziri Həmid Çitçyanla Ermənistanın energetika naziri Armen Movsisyanın imzaladığı sazişlər iki ölkə arasında elektrik enerjisi mübadiləsini, elektrik enerjisinin təbii qazla dəyişdirilməsi tipli mübadiləni və Araz çayı üzərində yeni su elektrik stansiyasının tikintisini nəzərdə tutur. Həmid Çitçyan mediaya açıqlamasında İrandan Rusiyaya elektrik enerjisinin nəqli məsələsinin də müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, mövcud sazişlərə əsasən, İran elektrik enerjisini Rusiyaya Azərbaycan, Ermənistan və Gürcüstan vasitəsilə nəql edəcək.