Putin Ermənistana gedəcək

İrəvanda biznes-forum baş tutacaq

Rusiya prezidenti Vladimir Putin dekabrın 2-də Ermənistan prezidenti Serj Sarqsyanın dəvəti ilə İrəvana səfər edəcək. Bu barədə Rusiya Erməni İttifaqının sədri Ara Abramyan bildirib. Abramyan Ermənistan və Rusiya prezidentlərinin təşəbbüsü ilə səfər çərçivəsində biznes-forumun təşkil olunacağını da bildirib. "Biznes-forumda Ermənistan və Rusiya prezidentləri, həmçinin iki ölkənin bir sıra müəssisələrinin nümayəndələri, ekspert və biznesmenlər iştirak edəcəklər” - deyə, o qeyd edib.