Spiker: “Xocalı soyqırımı XX əsrin ən qanlı faciəsidir”





Milli Məclisin bu gün keçirilən plenar iclasında Xocalı soyqrımının 25 illiyinə həsr olunmuş müzakirələr başlayıb.

Sherg.az-ın məlumatına görə müzakirələr başlamazdan əvvəl deputatlar şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Spiker Oqtay Əsədov qeyd edib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı faciəsidir. Onun sözlərinə görə, bu ermənilərin Azərbaycana qarşı etnik təmizləmə siyasətinin qanlı səhifəsidir: 

"Bunun tarixi 200 il əvvələ gedib çıxır. Xocalı soyqırımı miqyasına görə xalqımıza qarşı törədilən cinayətlərin ən dəhşətlisidir. Biz inanırıq ki, bu vəhşi cinayətləri törədən şəxslər Azərbaycan xalqı qarşısında cavab verəcəklər”.
 
Anar