Deputat: “İnterpola müraciət etməliyik”





"Azərbaycanın hüquq-mühafizə orqanları Xocalı soyqırımını törədən canilər haqqında şifahi də olsa cinayət işi açmalı və məhkəmə hökm çıxarmalıdır”. 

Sherg.az xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov parlamentdə Xocalı soyqrımı ilə bağlı aparılan müzakirələr zamanı deyib. Deputat qeyd edib ki, oturub gözləmək lazım deyil:

"Gözləmək olmaz ki, onlar haçansa tutulub gətiriləcək. Barələrində indidən qərar çıxarılmalıdır. Bu adamlar tutulub gətirilməlidir. Amma bunun üçün İnterpola müraciət etməliyik ki, sonradan fakt qarşısında qalmayaq.

Ölkə başçısı da Xocalı faciəsi ilə bağlı çıxışında qeyd etdi ki, Xocalıda qətlə yetirilən insanlar eyni zamanda İslam inancına görə öldürülüblər. Amma təəssüflər olsun ki, İslamı əlində bayraq edən bəzi dövlətlər Xocalı soyqırımını törədən dövlətlə əlaqələr qururlar. Bu acınacaqlıdır”.

Anar