“366-cı alay SSRİ-nin deyil, Rusiya ordusunun idi”





Milli Məclisin Xocalı soyqrımı ilə bağlı keçirilən iclasında deputat Zahid Oruc bildirib ki, biz faciələrdən bir çox dərs çıxarmalıyıq, amma bəzən çıxarmırıq. Sherg.az xəbər verir ki, millət vəkilinin sözlərinə görə, hüquqi, siyasi, mənəvi sahədə təşkilatlanma dinc vaxtlarda olmalıdır: "Amma təəssüflə deyim ki, biz faciələrdən sonra bunu etmişik, hüquqşünas, eksert olmuşuq. 

Baxın, Eldar Mahmudovun zamanında Xocalı soyqırımı 26 fevralda MTN əməkdaşları tərəfindən anılırdı. Amma 27 fevralda və ondan sonrakı dövrlərdə MTN əməkdaşları xalqı soymaqla məşğul idilər. Çıxarılan dərslərdən biri də budur ki, Azərbaycanla Rusiya qarşı-qarşıya qoyulmamalıdır”.

"Biz bəzi həqiqətləri olduğu kimi demirik. Hansısa ölkələrin qarşısında gözügölgəli deyilik ki, həqiqətləri gizlədək”. Bunu isə müzakirə zamanı deputat Fərəc Quliyev səsləndirib. O bildirib ki, Milli Məclisin Xocalı soyqırımı ilə bağlı qəbul edəcəyi qərar layihəsində 366-cı motoatıcı alayın SSRİ-yə məxsus olduğunun qeyd edilməsi düzgün deyil: "Xocalı soyqırımı olarkən SSRİ adlı dövlət yox idi. Bunu Rusiya ordusunun 366-cı motoatıcı alayı kimi qeyd etməliyik. Bu, Rusiya əhalisinə qarşı deyil”.

Anar