Türk komandoları Xocalı soyqırımını bir dəqiqəlik sükutla yad edib - video




Hər zaman Azərbaycanın yanında olan, ölkəmizin kədərini öz kədəri, sevincini isə sevinci bilən qardaş Türkiyədə Xocalı soyqırımı ilə bağlı çoxsaylı tədbirlər baş tutub.

Sherg.az xəbər verir ki, bütün mərasimlərdə bu faciədə qətlə yetirilən günahsız insanların ruhu bir dəqiqəlik sükutla yad olunub. Elə Türkiyə ordusunda da Xocalı soyqırımı bir dəqiqəlik sükutla yad olunub. Və Xocalı soyqırımında günahsız körpələrin, yaşlı insanların amansızcasına qətlə yetirilməsindən danışılıb.

Türk komandoslarının Xocalı soyqırımnı bir dəqiqəlik sükutla yad etməsinə dair video görüntünü təqdim edirik:
 


https://www.facebook.com/azerbaycan1/videos/10154653631969064/