Velosiped sürərkən çaya düşdü – MEYİTİ AXTARILIR




Biləsuvarda bədbəxt hadisə baş verib. 

Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 25-də Biləsuvar şəhər sakini Elçin Mehdiyev yaşadığı evin yaxınığında velosiped sürərkən Bolhar çayına düşərək boğulub. Meyitin tapılması istiqamətində tədbirlər görülür.

Araşdırma aparılır.