"...Heç bir ölkə bizə "stop" deməsin" - SƏRT MESAJ
09:08 27.02.2017
Arxiv
1830
"Ermənilər elə düşünür ki, mümkün olmayan, qondarma , saxta referendum keçirməklə qaraya ağ demək olar. Bu mümkün deyil. Hamı bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir".
Bunu Sherg.az-a son günlər cəbhədə vəziyyətin daha da gərginləşməsinə münasibət bildirərkən millət vəkili Ağacan Abiyev söyləyib. Onun sözlərinə görə, Onlar Azərbaycan torpaqlarında "referendum" keçirməklə siyasi savadsızlıqlarını ortaya qoydular:
"Bu "referendum" çox axmaq və bir alçaq bir işdir. Hər şey göz qabağındadır. Hadisəyə reaksiya verən əksər ölkələr Ermənsitanı qınayır, bu "referendumu" pisləyir, onu tanımadıqlarını bəyan edirlər. Onun tanınması mümkün olan iş deyil. Və hesab edirəm ki, düşmən cavabını da aldı. Azərbaycanın onlara verdiyi cavabı xarici ölkələr də verib. Belə ölkə ilə dil tapmaq çox çətindir. Adam adamla və siyətçi ilə danışar. Onlarda nə siyasət var, nə də ki adam. Hesabedirəm ki, çox savadsız hərəkət etdilər və cavabını da aldılar. Dünyanın aparıcı ölkələri buna "yox" dedilər".
Millət vəkilinin fikrincə, ölkəmizn prezidenti, cənab ali baş komandan İlham Əliyev və hərbi komandanımız da həmişə bəyan ediblər ki, əgər Ermənistan istəmirsə ki, erməni balaları ölsün, onda onları Azərbaycana buraxmasın:
"Ermənistan işğalçı siyasəti ilə öz xalqına və gənclərinə xəyanət edir. Azərbaycanla Ermənistan arasındakı iqtisadi, hərbi və digər sahələr üzrə müqayisə aparsa, aydın şəkildə görərik ki, biz düşməndən çox qabaqdayıq. İşğalçıay demək laızmdır ki, bunu bilə-bilə hara gedirsən? Onlar düşünürlər ki, bəzi ölkələr dəstək olacaq. Amma o da keçməyəcək. Artıq onların zamanında havadarı rolunda çıxış edənlər d haqqın harada və kim tərəfində olduğunu dərk edib".
Parlament üzvü qeyd edib ki, Azərbaycanın bir əsgəri belə ayağını Ermənistan torpağına basmayacaq:
"Amma torapqlarımızda olan separatçılar çıxıb getməlidirlər. Azərbaycan Ermənistana hücum etmir. Biz öz torpaqlarımızı separatçılardan təmizləmək istəyirik. Separatçılar ərazilərimizdən çıxmayana qədər savaş davam edəcək. Düşmənin qorxulu kabusuna çevrilən aprel hadisəsi yenidən təkrarlana bilər. İşğalçıya vaxt verildi ki, şələ-şülənizi götürüb, Azərbaycan torpalarından çıxsın. Bura Azərbaycanın ərazisidir. Siz gedin, Ermənistanda yaşayın. Baxın, İkinci Dünya Müharibəi zamanı faşistlər gəlib Moskvanın ətrafına çatmışdılar. 1942-ci ilin fevral ayında baş tutan döyüşlərdən sonra onlar geri çəkilməyə başladılar. Əslində Sovet ordusu almanları öz ölkəsinin ərazisindən çıxarmışdı. Faşistlərin o vaxt etdiklərini indi ermənilər də bizə qarşı edir. Dünən də Xocalını soyqırımını 25-ci il dönüm idi. Xocalıda insanlarımıza ağır işgəncələr verilib. Çoxsyalı insanlarımız amansızcasına məhv edilib. Onlar əliyalın, mülki insanlarla faşistlərdən də qəddar şəkildə davranıblar. Bir daha qeyd edirəm ki, biz Ermənistan ərazisinə daxil olmayacağıq. Sadəcə öz torpalarımızı erməni qəsbkarlardan azad edəcəyik. Heç kim də bizə "bunu eləmə" göstərişini verə bilməz. Sabah ikinci aprel hadisəsi baş verəcəksə, istərdim ki, bəzi ölkələr buna "stop" deməsinlər. Çünki istəyimiz. hansısa ölkənin ərazisini işğal etmək deyil, işğaldakı ərazilərimizi təcavüzkarlardan təmizləməkdir".
Qeyd edək ki, 2017-ci ilin 25- fevral tarixindən etibarən cəbhədə vəziyyət gərginləşib. Silahlı qarşıdurma zamanı Ermənistanın ağır itkilər verdiyi bildirilir.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cem Adrian Bakıda möhtəşəm gecə yaşatdı
17:15 26.12.2025
Şou
XİN başçısı: TDT+ formatı bəzi güc mərkəzlərində qıcıq doğurur
17:05 26.12.2025
Siyasət
Ceyhun Bayramov: TRIPP-in Rusiyaya aidiyyəti yoxdur
16:54 26.12.2025
Siyasət
Rəsmi Bakı: Ermənistanla delimitasiya davam edir
16:50 26.12.2025
Rəsmi
Rəsmi Bakı 907-ci düzəlişin tam ləğv edilməsini gözləyir
16:25 26.12.2025
Son dəqiqə
Azərbaycanda həbs dalğaları gözlənilir: Sensasion adlar...
15:19 26.12.2025
Maraqlı
İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlılarına zərbələr endirdi
15:11 26.12.2025
Dünya
Kaladze: Heç kəsi bağışlamayacağıq
15:04 26.12.2025
Cənubi Qafqaz
Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
14:56 26.12.2025
Hadisə
60 min quzu dünyaya gəldi
14:49 26.12.2025
İqtisadiyyat
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib
14:46 26.12.2025
Hadisə