"Savaş başlayarsa, iqtidarla müxalifət birlik nümayiş etdirəcək"
10:20 27.02.2017
Arxiv
964
"Azərbaycanla dini qardaşlıqdan danışan İranın Azərbaycana dəstək verəcəyini gözləmək olmaz".
Bunu Sherg.az-a son günlər cəbhədə baş verən hadisələrə münasibət bildirən İran tərəfinin"Tərəflər dialoqa hazır olmalıdır" bəyanatını şərh edərkən analitik Azər Rəşidoğlu söyləyib.
Ekspert qeyd edib ki, İran Azərbaycanın mövcudluğundan həmişə narahatlıq keçirir:
" Buna görə də, onlar Ermənistanı müdafiə edirlər. Faktiki olaraq Azərbaycanın əraziləri işğal olunub. İşağalçı ilə işğala məruz qalanı tərəzinin eyni gözünə qoymaq yolverilməzdir. Azərbaycanın torpaqlarını öz konstitutsiyası çərçivəsində qorumağa və ərazi bütövlüyünü təmin etməyə tam haqqı var. Və buna beynəlxalq hüquq da imkan verir. Sadəcə olaraq bölgədə maraqlı olan dövlətlər Qarabağda yeni savaşın başlamasında maraqlı deyillər. Və odur ki, Bakı və İrəvana zorən sülhə vadaretmə mexanizminin işə düşə biləcəyini deyirlər. Buna baxmayaraq güman edirəm ki, artıq gözləmək limiti başa çatıb. 25 il çox böyük müddətdir və bundan artıq gözləməyə səbrimiz yoxdur. Rəsmi Bakı məsələni danışıqlar yolu ilə tənzimləmək istəyir.
Son günlər baş verənlər göstərdi ki, Azərbaycan Qarabağda savaş başlayarsa, Azərbaycan cəmiyyətində, ölkəmizdə iqtidarla müxalifət birlik nümayiş etdirəcək. Bu məsələdə ali baş komandanın və müdafiə nazirinin əmrinə tabe olacaq. Qarabağ məsələsi bizi birləşdirən yeganə dəyərdir. Bu məsələdə mətbuat, iqtidar və müxalifət arasında ayrıseçkiliyi yoxdur. Hamının hədəfi eynidir. Qarşıdan Ermənistanda parlament seçkiləri gəlir və Sarkisyanın vəziyyəti onsuz da yaxşı deyil. Bu mənada o , Qarabağ kartından növbəti dəfə istifadə etmək istəyir. Güman edirəm ki, Azərbaycan əhalisi artıq öz torpaqlarını azad etmək haqda düşünməlidir. Bu məsələdə bizdə birlik mövcuddur. Torpaqlarımızı azad etməyə başlamalıyıq".
Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi son günlər cəbhədə baş vermiş hadisələrə münasibət bildirib. O, münaqişə tərəflərini təmkinli olmağa və danışıqlara dəvət edib.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cem Adrian Bakıda möhtəşəm gecə yaşatdı
17:15 26.12.2025
Şou
XİN başçısı: TDT+ formatı bəzi güc mərkəzlərində qıcıq doğurur
17:05 26.12.2025
Siyasət
Ceyhun Bayramov: TRIPP-in Rusiyaya aidiyyəti yoxdur
16:54 26.12.2025
Siyasət
Rəsmi Bakı: Ermənistanla delimitasiya davam edir
16:50 26.12.2025
Rəsmi
Rəsmi Bakı 907-ci düzəlişin tam ləğv edilməsini gözləyir
16:25 26.12.2025
Son dəqiqə
Azərbaycanda həbs dalğaları gözlənilir: Sensasion adlar...
15:19 26.12.2025
Maraqlı
İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlılarına zərbələr endirdi
15:11 26.12.2025
Dünya
Kaladze: Heç kəsi bağışlamayacağıq
15:04 26.12.2025
Cənubi Qafqaz
Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
14:56 26.12.2025
Hadisə
60 min quzu dünyaya gəldi
14:49 26.12.2025
İqtisadiyyat
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib
14:46 26.12.2025
Hadisə