Azərbaycan nümayəndə heyətindən İlhan Aşkına dəstək ziyarəti
12:10 27.02.2017
Arxiv
396
Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Avropada səfərdə olan Azərbaycan nümayəndə heyəti Belçika ilə yanaşı Hollandiyada fəaliyyət göstərən diaspora təşkilatları ilə görüşüblər.
Sherg.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin tərkibi Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi İlqar İlkindən ibarət olmaqla, fevralın 25-də Niderland Kralliğinin ikinci böyük şəhəri olan Haaqada fəaliyyət göstərən diaspora təşkilatları ilə görüşüblər.
İlk öncə onlar Azərbaycan-Türk Kültür Dərnəyinin ofisində toplanıblar. Ziyarətin əsas səbəbi dərnəyin başqanı İlhan Aşkına dəstək vermək olub. Bildiyiniz kimi, 2 il öncə Hollandiyanın Almelo şəhərində ermənilər tərəfindən qondarma genosid xatirə-abidəsinin açılışına etiraz olaraq hazırladığı mitinqdə İlhan Aşkının "Qarabağ ermənilərə məzar olacaq!” şüarını səsləndirməsi erməniləri möhkəm qəzəbləndirib və iş məhkəməyə qədər gedib çıxıb. Hal-hazırda İlhan Aşkının məhkəmə prosesi davam edir. "Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçinin və eləcə də Hollandiyada fəaliyyət göstərən "Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın, "Odlar Yurdu” təşkilatının sədri Firəngiz Bağırovanın və digər aktivlərin də qatıldığı görüşdə bütün iştirakçılar İlhan Aşkına dəstək olduqlarını, onu bu mübarizədə yalnız qoymayacaqlarını, əllərindən gələn yardımı edəcəklərini bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cem Adrian Bakıda möhtəşəm gecə yaşatdı
17:15 26.12.2025
Şou
XİN başçısı: TDT+ formatı bəzi güc mərkəzlərində qıcıq doğurur
17:05 26.12.2025
Siyasət
Ceyhun Bayramov: TRIPP-in Rusiyaya aidiyyəti yoxdur
16:54 26.12.2025
Siyasət
Rəsmi Bakı: Ermənistanla delimitasiya davam edir
16:50 26.12.2025
Rəsmi
Rəsmi Bakı 907-ci düzəlişin tam ləğv edilməsini gözləyir
16:25 26.12.2025
Son dəqiqə
Azərbaycanda həbs dalğaları gözlənilir: Sensasion adlar...
15:19 26.12.2025
Maraqlı
İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlılarına zərbələr endirdi
15:11 26.12.2025
Dünya
Kaladze: Heç kəsi bağışlamayacağıq
15:04 26.12.2025
Cənubi Qafqaz
Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
14:56 26.12.2025
Hadisə
60 min quzu dünyaya gəldi
14:49 26.12.2025
İqtisadiyyat
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib
14:46 26.12.2025
Hadisə