Niderlandda bir Azərbaycan məktəbi
12:13 27.02.2017
Arxiv
770
Avropada səfərdə olan Azərbaycan nümayəndə heyəti - Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi İlqar İlkin Niderland Kralliğinin ikinci böyük şəhəri olan Haaqada fəaliyyət göstərən "Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin ofisində olub, birliyin nəzdində fəaliyyət göstərən N.Gəncəvi adına həftəsonu "Azərbaycan məktəbi”nin işi ilə tanış olublar.
Sherg.az xəbər verir ki, Məktəbin şagirdlərinin Azərbaycan haqqında bilikləri, ifa etdikləri Azərbaycan Respublikasının himni, Xocalı və Azərbaycan haqqında söylədikləri şeirlər nümayəndə heyətində xoş təəssüratlar yaradıb.
Birliyin sədri M.Ağamirzəyeva təşkilatın yaranma tarixi, birliyin aktivləri, bu illər ərzindəki fəaliyyətləri, eləcə də Xocalı faciəsinin 25 illliyi ilə əlaqədar hazırladıqları tədbir haqqında geniş məlumat verib. Hollandiyada fəaliyyət göstərən təşkilatların işləri ilə tanış olan millət vəkili Ə. Amaşov görüşdə bildirib ki, qərib ölkələrdə fəaliyyət göstərən hər bir təşkilat və ya fərdi şəxsin gördüyü işləri Azərbaycan dövləti və xalqı böyük qiymətləndirir.
PA-nın sektor mudiri Q.Əliyev də diaspora fəaliyyətinin vacibliyini vurğulayaraq bildirib ki, Azərbaycan Diasporası yaşının gənc olmasına baxmayaraq, artıq böyük təcrübə qazanıb və dünyanın bütün ölkələrindən səsini duyurur. O, eləcə də qeyd edib ki, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün xaricdə yaşayan azərbaycanlıların üzərinə böyük məsuliyyət düşür. Bu mübarizədə təkcə siyasi vasitələrdən istifadə etmək kifayət deyil, mədəniyyətimizin, mətbəximizin, adət-ənənələrimizin də təbliginə geniş yer verilməlidir.
ATXƏM-in sədri İ.İsmayilov isə diasporaçılıq fəaliyyətində ən çox yeni nəslin milli ruhda yetişdirilməsinin önəmini vurğulayaraq "Ana Vətən”in Azərbaycan məktəbini yaratmasını təqdirəlayiq layihə hesab etdiyini bildirib. Onun fikrincə, yad bir dildə təhsil alan, danışan azərbaycanlı uşağının mənəvi və milli ruhunun formalaşmasında bu formaların təsir gücü inanılmazdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cem Adrian Bakıda möhtəşəm gecə yaşatdı
17:15 26.12.2025
Şou
XİN başçısı: TDT+ formatı bəzi güc mərkəzlərində qıcıq doğurur
17:05 26.12.2025
Siyasət
Ceyhun Bayramov: TRIPP-in Rusiyaya aidiyyəti yoxdur
16:54 26.12.2025
Siyasət
Rəsmi Bakı: Ermənistanla delimitasiya davam edir
16:50 26.12.2025
Rəsmi
Rəsmi Bakı 907-ci düzəlişin tam ləğv edilməsini gözləyir
16:25 26.12.2025
Son dəqiqə
Azərbaycanda həbs dalğaları gözlənilir: Sensasion adlar...
15:19 26.12.2025
Maraqlı
İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlılarına zərbələr endirdi
15:11 26.12.2025
Dünya
Kaladze: Heç kəsi bağışlamayacağıq
15:04 26.12.2025
Cənubi Qafqaz
Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
14:56 26.12.2025
Hadisə
60 min quzu dünyaya gəldi
14:49 26.12.2025
İqtisadiyyat
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib
14:46 26.12.2025
Hadisə