35 milyon manat hesablarda qalıb
12:21 27.02.2017
Arxiv
1005
İnandırıcı deyil ki, müştəri göstərilən məbləğdə banka əmanət yerləşdirsin
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib ki, bağlanan 11 bankda qorunan əmanətlər üzrə 25 min nəfərə 725 milyon manatdan artıq
kompensasiya ödənilib. Ancaq sədr vurğulayıb ki, 140 min nəfərədək əmanətçi öz əmanətlərini geri götürməyib:
"140 min nəfərin 35 milyon manat əmanəti hesablarda qalıb. Əmanətçilər həmin vəsaitləri çəkməyiblər. Çünki əmanətçilərin hesablarında qalan məbləğ 1 manatdan azdır. Görünür, əmanətləri geri götürmək onlar üçün sərfəli deyil. Amma bunların hamısı bir yerə toplananda çox böyük məbləğ ortaya çıxır”. Maraqlıdır, əmanətçilər məbləği az bildikləri üçün geri götürmürlərsə, o halda toplanan 35 milyon manatın aqibəti necə olur?
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, burada aydın olmayan bəzi məsələlər var:
"Heç cür inandırıcı deyil ki, hər hansı müştəri göstərilən məbləğdə bu və ya digər banka əmanət yerləşdirsin. Söhbət yalnız qalıq məbləğlərdən gedə bilər. Məsələ əslində, bankların özləri tərəfindən yol verilmiş qanuna uyğunsuzluq kimi nəzərdən keçirilməlidir. Həmin hesablar necə açılıb, müştərinin yerləşdirdiyi vəsaitdən qalıq niyə saxlanılıb?! Bütün bunlar ciddi araşdırılmalıdır. Ölkədə fəaliyyət göstərən bütün banklar üzrə əmanətlərin qəbulu şərtlərinə baxsaq, heç birində 100 AZN, yaxud 100 dollar və ya avro məbləğindən aşağı depozit yerləşdirilməsinə imkan olmadığını görərik”.
Ekspert məsələnin hüquqi tərəfinə də münasibət bildirib:
"Müvafiq qanunvericiliyə əsasən, əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində keçərli sayılır. Bundan sonra isə həmin məbləğ dövlətə qalır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cem Adrian Bakıda möhtəşəm gecə yaşatdı
17:15 26.12.2025
Şou
XİN başçısı: TDT+ formatı bəzi güc mərkəzlərində qıcıq doğurur
17:05 26.12.2025
Siyasət
Ceyhun Bayramov: TRIPP-in Rusiyaya aidiyyəti yoxdur
16:54 26.12.2025
Siyasət
Rəsmi Bakı: Ermənistanla delimitasiya davam edir
16:50 26.12.2025
Rəsmi
Rəsmi Bakı 907-ci düzəlişin tam ləğv edilməsini gözləyir
16:25 26.12.2025
Son dəqiqə
Azərbaycanda həbs dalğaları gözlənilir: Sensasion adlar...
15:19 26.12.2025
Maraqlı
İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlılarına zərbələr endirdi
15:11 26.12.2025
Dünya
Kaladze: Heç kəsi bağışlamayacağıq
15:04 26.12.2025
Cənubi Qafqaz
Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
14:56 26.12.2025
Hadisə
60 min quzu dünyaya gəldi
14:49 26.12.2025
İqtisadiyyat
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib
14:46 26.12.2025
Hadisə