ABŞ-lı komandir yenə şübhəli danışdı

Cozef Votel: "Türkiyənin kürd güclərinə hücum etməsi, IŞİD-lə mübarizəyə təsir edər"


ABŞ Mərkəzi Qüvvələri Komandanlığının (CENTCOM) sözçüsü Cozef Votel, Türkiyənin Suriyanın Menbiç bölgəsində olan kürd güclərə hücum etməsinin IŞİD-ə qarşı mübarizəni çətinləşdirə biləcəyini ifadə edib.
Votel bu sözləri, Rəcəb Tayyib Ərdoğanın "Türk ordusu Əl- Babın ardından Menbiçə yönələcək" şərhinə reaksiya olaraq deyib.

"Foreign Policiy" jurnalına danışan Votel, söz mövzusu olan inkişafın bölgədə ABŞ-ın öndərliyindəki koalisiya güclərinin fəaliyyətlərinə təsir edə biləcəyini vurğulayıb.

Votel, Suriyanın şimalında ABŞ-ın dəstəklədiyi güclərlə türk ordusu arasında qarşıdurma yaşanmasını önləmək üçün Ankara ilə "əhatəli əməkdaşlıq" etdiklərini ifadə edib.