Xalq şairi əsəbləşdi:"Müşfiqi bir dəfə güllələyiblər, ikinci dəfə niyə güllələyirsiniz?!"




"Mikayıl Mşüfiqin heykəlinin sökülməsinə ölkə başçısı cənab İlham Əliyev də öz münasibətini bildirib və bu istiqamətdə göstərişlərini verib". 

Bunu Sherg.az-a 1937-ci ildə repressiya qurbanı olmuş şair Mikayıl Müşfiqin heykəlinin sökülməsindən danışarkən xalq şairi Fikrət Qoca eyib. 

Onun sözlərinə görə, gərək insanda qanacaq, qabiliyyət və vətəndaşlıq olsun:

" Heykəli götürməyin də qaydası var. Onu müzakirə edə bilərdilər. Yəni dırnaq əvəzinə barmağı kəsiblər.Burada dövlətin heç bir günahı yoxdur. Sadəcə hər bir ölkədə işləri korlayan belə adamlar olur. Ev timək əvəzinə tikilmiş evin divarını uçururlar. Hər şeyi gərək səliqə ilə görəsən, vətəndaş kimi görəsən. Gərək ölkəyə öz evin kimi münasibət bəsləyəsən. Evin həyətindəki ağacı kəsmək olarmı? 

Əlbəttə, olmaz. Görəsən belə bir şairin heykəlini götürməyə həmin adamın nətəri ürəyi gəlib? Və sonra da gedib, evində necə rahat yatıb? Görünür, bunu edən kimdirsə, gönüqalın adamdır. Mikayıl Müşfiqi bir dəfə güllələyiblər, onu ikinci dəfə niyə güllələyirsiniz? Axı onun nə günahı olub? Anlamaq lazımdır ki, o heykəl daş deyil. Artıq insanndır. Hər daşın içrəsində bir insan heykəli var. Bu yonulmuş, hazır isanndır.Onu daşın yəni 1937-ci ilin içərisindən çıxarıblar. Sən onu niyə təzədən çıxarıb atırsan. Vətəndaş olmaq lazımdır. Belə olarsa, hər şey qaydasına düşər".

Ayyət Əhməd