"Kaspersky Lab": Ötən il Azərbaycana 2,2 milyondan çox kiberhücum cəhdi olub




2016-cı ildə Azərbaycanda fəaliyyət göstərən şirkətlərə 2,2 milyondan çox hücum cəhdi olub. "APA-Economics" xəbər verir ki, bu barədə "Kaspersky Lab" şirkətinin açıqlamasında deyilir.

Məlumata görə, hücum cəhdlərinin əksəriyyəti, yəni 84%-i Bakıda fəaliyyət göstərən şirkətlərə qarşı aparılıb.

Bundan başqa, Bakıda hücuma məruz qalmış korporativ kompüterlərin sayı ümumilikdə 11 min təşkil edib.