Fransada Xocalı soyqırımının tanınması üçün PETİSİYA təqdim olundu



Fransalı vəkil Olivye Pardo tərəfindən Fransa hakimiyyətinin Xocalı soyqırımını tanıması üçün petisiya təqdim edilib.

Sherg.az Trend-ə istinadən xəbər verir ki, petisiya change.org saytında dərc olunub və ölkə hakimiyyətinə müraciət olunub.

Petisiyada deyilir: "Bəzi fransalılar Xocalı faciəsi barədə məlumatlıdırlar, lakin Fransa hakimiyyəti bu hadisədən xəbəri olsa da günahkarların məsuliyyətə cəlb olunması zərurətindən yayınmaq üçün susmağa üstünlük verir".