Siyavuş Novruzov: “Feysbukda şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi tələb edilsin!”





Milli Məclisin bu günkü iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov maraqlı təkliflə çıxış edib. 

Sherg.az bildirir ki, deputat qeyd edib ki, sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsi zəruridir: 

"Ölkəmizdə internet tam şəkildə azaddır. İstənilən adam istədiyini təhqir edir. Başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikri yazır. Belə olmaz axı. Burada məsuliyyət məyyənləşdirilməlidir. Xaricdə hər hansı bir portal yaradıb Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar. Sonra ordan götürüb o xəbərləri verənlər var. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyətə təsir edir. Düşünürəm ki, bununla bağlı ölçü götürülməlidir”.

Anar