Mobil rabitə xidmətlərinə lisenziya 10 illik veriləcək





Azərbaycanda mobil rabitə xidmətləri ilə bağlı fəaliyyət növünə lisenziya 10 il müddətinə veriləcək. 

Sherg.az-ın məlumatına görə Milli Məclisin bugünkü iclasında "Lisenziyalar və icazələr haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. 

Dəyişiklik layihəsinə əsasən, "Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı"na "Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)" fəaliyyət növü əlavə edilir. Bu fəaliyyət növünə lisenziyanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 10 il müddətinə verəcək. Layihə səsvermə ilə qəbul edilib.
 
Anar