Millət vəkili kriminal xəbərlərə etiraz etdi





Milli Məclisdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov kriminal xəbərlərə etiraz edib. 

Sherg.az bildirir ki, deputat qeyd edib ki, bu qanunun qəbul olunması önəmli məsələdir. Onun sözlərinə görə informasiya təhlükəsizliyi vacib məsələdir: 

"Hesab edirəm ki, qanun layihəsini bir qədər də sərtləşdirməliyik.

Baxın, bu gün bəzi Avropa ölkələri intiharın sayına görə dünyada birinci yerdə gedir.
Sovetlər birliyində intihar, avtomobil qəzası yox idi? Əlbəttə var idi. Amma çox da önəmli xəbər sayılmırdı. İndi internet saytlarında daha önəmli məsələni kənara qoyub bu məsələləri populyarlığa görə önə çıxarırlar. TV-lərdə verilişlər hamısı cinayətdən veriliş verir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaqla xal qazanmaq düzgün deyil. Bu informasiyalar bəzi insanları bu mənfi istiqamətlərə yönəldir. Bu məsələyə baxılmalıdır”.

Anar