İstanbulda qəzaya uğrayan helikopterdə dörd Rusiya vətəndaşı olub - YENİLƏNİB-2





İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan "Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus helikopterdə 4 Rusiya vətəndaşı olub.
APA-nın xəbərinə görə bu barədə Türkiyənin NTV telekanalı şirkətə istinadən məlumat yayıb.
Ümumilikdə helikopterdə 2 pilot, 4 Rusiya vətəndaşı və "Eczacıbaşı” Şirkətlər Qrupunun 1 əməkdaşı olub.
***
saat 13.17
İstanbulun Beylikdüzü rayonunda qəzaya uğraya helikopter "Eczacıbaşı” Şirkətlər Qrupuna məxsus olub.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə şirkət məlumat yayıb.
Helikopterdə 2-si pilot olmaqla, 7 nəfər olub.
Helikopterdə şirkətdə yüksək vəzifə tutan şəxslərin və xarici qonaqların olduğu da bildirilir.
Qəzaya dumanın səbəb olduğu bildirilir.
***
saat 12.57
İstanbulun Beylikdüzü rayonunda helikopterin qülləyə çırpılması nəticəsində 5 nəfər ölüb.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, Büyükçekmecə Bələdiyyəsinin sədri Hasan Akgün hadisə yerində 5 nəfərin cəsədinin olduğunu bildirib.
H. Akgün yolun nəqliyyatın hərəkəti üçün bağlandığını deyib.
***
12.42
Türkiyədə helikopter qəzaya uğrayıb.
APA-nın "Milliyet”ə istinadən verdiyi məlumata görə, İstanbulun Bəylikdüzü rayonunda yanğınsöndürmə helikopteri qülləyə çırpılıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib.