Spiker deputata səsləndi: “Ay Zahid, heç kimə “uçeniya” keçmə...”





Parlamentin bugünkü iclasında spikerlə deputat Zahid Oruc arasında yenidən mübahisə yaşanıb. Sherg.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Z.Oruc reqlamentlə çıxış üçün nəzərdə tutulan vaxtın 10 dəiqəqədən 5 dəqiqəyə endirilməsinə etirazını bildirib: 

"Bu 5 dəqiqə ömrümüzdən nə alacaq ki?! Yaxşı olardı ki, 10 dəqiqə çıxış etmək istəyənin vaxtı kəsilməsin”.

Deputata cavab verən sədr Oqtay Əsədov deyib ki, ona mane olunmayacaq: "Ay Zahid, heç kimə "uçeniya” keçmə… 10 dəqiqəlik çıxış etmək istəyirsənsə, et. Heç kim sənə mane olmur”.

Anar